Rayondakı evini qumarxanaya çevirdi
11 yanvar 2021 11:37 (UTC +04:00)

Rayondakı evini qumarxanaya çevirdi

Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara rayon Polis Şöbəsinin əməkdaşları bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq qumar oyunu oynadıqları müəyyən ediblər. Həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib.

4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Mehman Nəbiyev

Oxşar yazılar