Neftçalada yol polisi tərəfindən nəzarət-profilaktiki tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan monitorinqlər zamanı bir qrup gəncin dövlət qeydiyyat nişanı olmadan, eləcə də qanunla qadağan edilməsinə baxmayaraq, avtomobili konstruksiya dəyişikliyi etməklə idarə etdiyi və digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb, onlarla yol verdikləri qayda pozuntusu ilə bağlı izahedici söhbətlər aparılıb və barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bundan əlavə, təssüf doğuran hallardan biri də onların arasında bir neçə sürücü bundan əvvəl də anoloji inzibati xətaya görə məsuliyyətə cəlb olub.
Həmçinin keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü də aşkarlanıb. Belə ki, DYPB-nin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün “Saxla” işarəsi veriliblər.
Nəqliyyat vasitəsini idarə edən rayon sakini Nicat Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Neftçala rayon Məhkəməsinə göndərilib.