Qəbələdə qeyri-qanuni ovçuluqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayon sakini Vahid Qurbanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə birgə saxlanılaraq şöbəyə gətirilib. Nəqliyyat vaitəsinə baxış keçirilərkən ovlanmış çöl donuzu (qaban) aşkar edilib.
V.Qurbanovun özündən isə müvafiq sənədləri olmayan tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.