Rayonda maşın dayanacağa çırpıldı: ölənlər var
21 dekabr 2020 17:56 (UTC +04:00)

Rayonda maşın dayanacağa çırpıldı: ölənlər var

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayon sakini, 25 yaşlı Araz Zakir oğlu Bayramovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

Nəticədə sürücü A. Bayramov və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.

Meyiti FHN-nin əməkdaşları çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.

# 4356
avatar

Oxşar yazılar