Goranboyda iki nəfər dəm qazından zəhərlənib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. 28 yaşlı Aynurə Rəsulova və 8 yaşlı Sürayyə Rzayeva dəm qazından zəhərlənərək rayon xəstəxanasına aparılıblar.
Zəruri tibbi yardım göstərildikdən sonra hər iki şəxsin durumu stabilləşib və onlar evə buraxılıblar.