Rayonda heroin satanda tutuldu
23 oktyabr 2021 12:51 (UTC +04:00)

Rayonda heroin satanda tutuldu

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli bilinən, Yevlax şəhər sakini Vüqar İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a  verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı onun narkotiki şəhər sakini Azad Hüseynovdan aldığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində A.Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 130 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Faktla bağla Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1485
avatar

Oxşar yazılar