Rayona gizli gedən qardaşlar tutuldu
25 dekabr 2020 17:22 (UTC +04:00)

Rayona gizli gedən qardaşlar tutuldu

Karantin qaydalarını pozan iki qardaş məsuliyyətə cəlb olunub.

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə gizli yollarla daxil olan Şabran rayon sakinləri – Asim və Mail Babayevlər saxlanılıblar.
Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs müvafiq icazələri olmadan rayonun giriş hissəsində qurulmuş müvəqqəti postun kənarında yerləşən bağ sahələrindən keçməklə Quba rayonuna qanunsuz daxil olublar. 

Saxlanılan hər iki şəxs barədə qanunvericiliyə uyğun olaraq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731
avatar

Mehman Nəbiyev

Oxşar yazılar