Rayon sakinini Bakıda dostu bıçaqladı
02 noyabr 2021 00:12 (UTC +04:00)

Rayon sakinini Bakıda dostu bıçaqladı

0

Nizami rayonunda gənc oğlana 5 bıçaq zərbəsi vurulub.

Lent.az xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsi 41 ünvanında baş verib.

1994-cü il təvəllüdlü Qarazadə Nahid Tahir oğlu dostu ilə əlbəyaxa dava zamanı kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı ağır halda xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1993

Oxşar yazılar