22:15 22 aprel 2021

Rayon sakini münaqişə zəminində bıçaqlandı

Xaçmazda 34 yaşlı şəxs bıçaqlanıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Qalağan kənd sakini, 1987-ci il təvəllüdlü Müşfiq Rəsulov münaqişə zəminində müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

# 642
avatar

Oxşar yazılar