Rayon sakini bədbəxt hadisə nəticəsində öldü
12 oktyabr 2021 19:50 (UTC +04:00)

Rayon sakini bədbəxt hadisə nəticəsində öldü

 

İmişlidə fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İmişli sakini, 1980-ci il təvəllüdlü Şirinov Ramil Akif oğlu iş prosesində beton kütlənin arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon prokurorluğu araşdırma aparır.

# 1560
avatar

Oxşar yazılar