Ramiz Mehdiyevin həbsdə olan köməkçisindən YENİ XƏBƏR
09 fevral 2026 20:06 (UTC +04:00)

Ramiz Mehdiyevin həbsdə olan köməkçisindən YENİ XƏBƏR

0

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirovun həbs müddəti uzadılıb.

Lent.az xəbər verir ki, bununla bağlı Səbail rayon Məhkəməsində qərar qəbul olunub.

Qərara əsasən, Eldar Əmirov barəsində seçilmiş həbs qətimkan müddəti 4 ay müddətinə uzadılıb.

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar