Gəncədə qətl hadisəsi baş verib.
APA-nın yerli bürosnun məlumata əsasən, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Şəhər sakini Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib.
Ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.
Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.