Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində sərnişin daşıyan avtobusun aşması nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) Hərəkətin təhlükəsizliyinin təbliği ictimai qurumlarla əlaqələrin şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, Bakı-Quba yolunun 98-ci kilometrliyində "Hyundai" markalı 50-EA-628 markalı sərnişin daşıyan avtobusun sürücüsü qarşısına mal-qara çıxdığı üçün avtomobili dayandırıb: "Avtomobil dayandan sorna sürüşməyə başlayıb və aşıb. Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır".
***
00.07
Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Qubadan Bakıya gələn "Hyundai" markalı 50-EA-628 markalı avtobus yolun buz bağlaması səbəbindən aşıb.
Faktla bağlı araşdırma aparılır.