Qubada  torpaq sürüşdü:   10 ailə...
13 oktyabr 2021 19:48 (UTC +04:00)

Qubada torpaq sürüşdü: 10 ailə...

0

Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

Lent.az-ın APA-ya istinadla verdiyi məlumata görə, 50 hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.

Quba rayon icra hakimiyyətindən verilən məlumata görə, hadisə yerinə Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyi əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə evlərindən köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən növbətçilik təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1564

Oxşar yazılar