Bu gün saat 12:20-də Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 7 yaşlı oğlana üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 55 yaşlı qadına qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 58 yaşlı qadıan isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub.
Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
7 yaşlı məktəblinin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Qadınlar isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
15:11
Quba rayonunun ll Nügədi kəndi ərazisində sahibsiz it sakinlərə hücum edib.
Lent.az xəbər verir ki, 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hücum edib. İt məktəblinin başına xəsarət yetirib. Azyaşlıya köməyə gələn 2 qadını da həmin it dişləyib.
Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.(APA)