Qubada ƏMƏLİYYAT:  16 nəfər tutuldu
07 noyabr 2023 10:36 (UTC +04:00)

Qubada ƏMƏLİYYAT: 16 nəfər tutuldu

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 16 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin, 5 qram metamfetamin və 15 qram tiryək çıxarılmışdır.

Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3891
avatar

Arzu Qurbanlı

Oxşar yazılar