Bu ilin oktyabr ayında Şəmkirdə Orxan Rəsulovun bıçaqlanması ilə bağlı açılan cinayət işinin ibtidai istintaq başa çatıb.
Şəmkir rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bu il oktyabrın 20-də saat 20 radələrində Şəmkir rayonu ərazisində Rəsulov Orxan Yusif oğluna bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin qonşusu 30 yaşlı Əhmədov Fəxri Akif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Orxan Rəsulovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilərək, hadisə yerinə baxış keçirilib. Maddi sübutlar götürülərək, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qonşusunu öldürmək istəyənin məhkəməsi başlayır
0
0
0
0
Oxşar yazılar

Salyanda maşın 2 nəfəri vurdu
4 sentyabr 2025 , 02:02
Ucarda bədbəxt hadisə - Yük maşınının vurduğu piyada öldü
3 sentyabr 2025 , 23:45
Biləsuvarda ağır qəza - 1 ölü, 3 yaralı var
3 sentyabr 2025 , 22:25
Tik-Tok və Instagramda qadınların məlumatları ələ keçirən haker tutuldu
3 sentyabr 2025 , 16:48
Pələng göbələk yığan 65 yaşlı kişini yedi
3 sentyabr 2025 , 16:46
Zaqatala prokurorluğunun qarşısından qaçırılan qızın – YENİ VİDEOSU
3 sentyabr 2025 , 16:00
Qanunsuz yolla kömür istehsal edənlər CƏRİMƏLƏNDİ
3 sentyabr 2025 , 15:30