Bakıda avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə iyunun 9-da səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.
Araşdırmalarla vətəndaşın mobil telefonunun və avtomobilinin açarının onunla birgə yaşayan qohumu İ.Əlixanovun oğurlaması və avtomobili qaçırması müəyyənləşib. Polis əməkdaşlarının keçirdikiləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əlixanov Bakı-Quba yolunda avtomobillə hərəkətdə olarkən saxlanılıb.
Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.