Qohumunu öldürənin işi MƏHKƏMƏDƏ
17 dekabr 2020 10:06 (UTC +04:00)

Qohumunu öldürənin işi MƏHKƏMƏDƏ

Qazaxda qətl törədən Fərrux Məmmədovun cinayət işinin ibtidai istintaqı başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Xaqani Səmədovun icraatına verilib.

Xatırladaq ki, bu ilin iyun ayında Qazax rayonu, Aslanbəyli kənd sakini 48 yaşlı Telman Əhmədov yaşadığı evin yaxınlığında bıçaqlanaraq öldürülüb. İlkin istintaqla hadisəni mərhumun qohumu 30 yaşlı Fərrux Məmmədovun aralarında yaranmış mübahisə zamanı törətdiyi müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
F.Məmmədov tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1014
avatar

Mehman Nəbiyev

Oxşar yazılar