Moskva vilayətində yaşlı kişi seks mağazasını qarət edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə noyabrın 4-də baş verib. Seks mağazasının sahibi yalnız dekabrın 12-də polisə müraciət edib. Oğurluq mağazanın kameralarına düşüb. Polis oğrunun yaşlı kişi olduğunu müəyyən edib.
Oğru mağazaya daxil olub, vitrinlərə baxıb və dəyəri iki min yarım rubl (təxminən 38 manat) olan dəri qamçı oğurlayıb. Kamera görüntülərinə baxandan sonra təqaüdçü tez saxlanılıb. Oğurluq etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi açılıb.