Qobustan Həbsxanasına mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29.120.2.1; 29.120.2.4; 29.120.2.6; 221.2.1; 228.2.1; 317-2.1; 67.1 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ramil Fazil oğlu Hüseynliyə qohumu Faiq Rahib oğlu Səmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan plastik qabın içərisində xüsusi üsulla gizlədilmiş və daxilində danışıq kartı olan “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.