Çeboksarıda ana böyük övladına 6 ay işgəncə verib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Çuvaş Respublikası üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, fevral ayından iyul ayına kimi 38 yaşlı 3 uşaq anası Egerski bulvarındakı yaşayış binasında 16 yaşlı qızını döyüb. Ehtimal olunur ki, qadın qıza qarşı şəxsi düşmənçilik hiss edib. Ona görə də o, sistematik olaraq onu döyüb, şalvar kəmərindən istifadə edərək baş və bədəninin digər hissələrinə xəsarət yetirib.
İşgəncədə şübhəli bilinən şəxsin daha 14 və 15 yaşlı iki uşağı var. Ailə yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyada qeydiyyatdadır.
Qadına qarşı iki maddə üzrə cinayət işi açılıb. O, həmçinin yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməməkdə ittiham edilir.
Hazırda araşdırma aparılır.