DİN-in Baş Mühafizə İdarəsinin Xaçmaz Rayon Mühafizə Şöbəsinin
əməkdaşları xidməti ərazidə yerləşən mağazaların birindən oğurluq edən şəxsi “iş
başında” saxlayıblar.
Nazirliyin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan
verilən məlumata görə, Xaçmaz rayon sakini Sərxan Qabulov səhər saatlarında
rayon ərazisində yerləşən qızıl mağazasına qanunsuz daxil olub və orada içərisində
pul və sənədlər olan seyfi oğurlayaraq hadisə yerindən uzaqlaşmağa cəhd edib.
Lakin onun bu əməlinin qarşısını həmin ərazidə xidmət aparan Xaçmaz rayon
Mühafizə Şöbəsinin əməkdaşları alıb və həmin şəxs seyf və oğurluq
zamanı istifadə etdiyi maddi sübutlarla birlikdə yaxalanaraq Xaçmaz Rayon Polis
Şöbəsinə gətirilib.
Dindirilmə zamanı S.Qabulov törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar
aparılır.