Rusiyanın Sankt-Peterburq şəhərində qız cinsi təcavüzdən qorunmaq üçün özünü altıncı mərtəbədən atıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, 22 yaşlı peterburqlu qadının sağ olduğu, şübhəlinin isə artıq saxlanıldığı qeyd edilir.
Məlumata görə, hadisə oktyabrın 2-nə keçən gecə Zastavskaya küçəsində baş verib. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Cinayətkar elə həmin küçədə saxlanılıb.
Faktla bağlı 2 maddə üzrə cinayət işi açılıb.