Qız sevgilisi ilə marketin damını söküb oğurluq etdi - AZƏRBAYCANDA
25 may 2022 14:19 (UTC +04:00)

Qız sevgilisi ilə marketin damını söküb oğurluq etdi - AZƏRBAYCANDA

Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri, əvvəllər də oğurluq əməlinə görə təqsirləndirilən 18 yaşlı Ağca Bayramova və sevgilisi 24 yaşlı İlkin Əliyev müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a bildirilib ki, araşdırma zamanı məlum olub ki, onlar rayonun Xaldan kəndi ərazisindəki marketin damından içəri daxil olaraq tütün məmulatları, danışıq kartları və məişət əşyaları oğurlayıblar. Araşdırmalarla onların zərərçəkmiş şəxsə 5550 manatdan artıq miqdarda ziyan vurduqları aşkar olunub.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində adıçəkilən şəxslər barəsində araşdırmalar davam etdirilir.

# 2562
avatar

Mehman Nəbiyev

Oxşar yazılar