Qiyas İbrahimli həbs edildi
22 iyun 2023 18:29 (UTC +04:00)

Qiyas İbrahimli həbs edildi

0

Vətəndaş Qiyas İbrahimli inzibati məsuliyyətə cəlb olunaraq həbs edilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına) və 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrinin tərkib əlamətlərinə görə polis tərəfindın toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə onun barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4226

Oxşar yazılar