Qəza zamanı avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı  - FOTO
03 fevral 2022 04:11 (UTC +04:00)

Qəza zamanı avtomobil yanacaqdoldurma məntəqəsinə çırpıldı - FOTO

1

Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “NİVA” ilə "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.

Qəzadan sonra avtomobillərdən biri yol kənarındakı yanacaqdoldurma məntəqəsinə çırpılıb. Nəticədə məntəqəyə ziyan dəyib. Qəza zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1837

Oxşar yazılar