Yanvarın 1-də axşam saatlarında Leninqrad vilayətinin Vıborq rayonunda faciəli hadisə baş verib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, Skandinaviya magistralında sərxoş vəziyyətdə olan miqrant avtomobilini hasara vurub. O, kömək axtarmaq və ya hadisə yerində qalmaq əvəzinə meşəyə qaçıb, burada hipotermiyadan (donaraq) ölüb.
Axtarışlardan bir neçə saat sonra o, cansız vəziyyətdə tapılıb. Həkimlər müəyyən ediblər ki, ölümün səbəbi hipotermiya olub və onun sərxoşluğu da səbəblər sırasındadır.