Qətldə təqsirləndirilən Şərur sakini həbs edildi
05 iyun 2023 20:43 (UTC +04:00)

Qətldə təqsirləndirilən Şərur sakini həbs edildi

Qətldə təqsirləndirilən Şərur sakini hakim qarşısına çıxarılıb. 

Lent.az APA-ya istinadla xəbər verir ki, mayın 31-i Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini 1992-ci il təvəllüdlü Şıxəliyev Xəlil Həsən oğlunun qətlində təqsirli bilinən 1985-ci il təvəllüdlü Nəcəfov Gündüz Nəcəf oğlu barəsində iyunun 2-də Şərur Rayon Məhkəməsinin qərarına əsasən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Gündüz Nəcəfov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdi.
 

# 1296
avatar

Oxşar yazılar