Qəbiristanlıqlarda yanğın törədənlər  saxlanıldı
03 sentyabr 2025 10:08 (UTC +04:00)

Qəbiristanlıqlarda yanğın törədənlər saxlanıldı

0

Sentyabrın 1-2-də Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Lent.az-a verilən məlumata görə, 24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar