Qəbələyə istirahətə gələn qız və oğlan qazdan boğuldular - ölən var
18 fevral 2023 10:32 (UTC +04:00)

Qəbələyə istirahətə gələn qız və oğlan qazdan boğuldular - ölən var

2

Qəbələdə qazdan zəhərlənmə hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Bura istirahətə gələn Sumqayıt şəhər sakinləri İbrahimov Ziya Əsgər oğlu və T. Abdullayeva gündəlik kirayə tutduqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkmişlər Qəbələ rayon Mərkəzi Xəstəxanasına gətirilib və burada onlara ilk yardım göstərilib. Ancaq ilk yardıma baxmayaraq, Z. İbrahimov ölüb, T. Abdullayevanın isə həyatı xilas edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 6356

Oxşar yazılar