Qəbələyə istirahətə gələnlər inzibati məsuliyyətə cəlb edilib.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər ərazisində istirahət mərkəzlərinə gedən yollarda avtomobilləri yoxlanış məqsədilə polislər saxlanyıb. Yoxlama zamanı bəzi şəxslərin iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək ailəsi ilə birgə istirahətə gəldiyi məlum olub. Bəzilərinin isə qeyri-qanuni yollarla bayramqabağı rayona getdikləri müəyyən edilib. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də, karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və bu tədbirlərin vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi izah olunub.