Martın 5-də Aytac Əliyevanın meyitinin Qəbələ rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qəbələ кayon Prokurorluğundan Lent.az-a verilən məlumta görə, aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale Maksumbekovanın 14 yaşlı oğlu ilə birlikdə şəxsi münasibətlər zəminində 23 yaşlı Aytac Əliyevanın baş nahiyyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və boyun nahiyyəsini bağlaması nəticəsində sonuncunun boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.