Martın 23-də saat 20 radələrində Qəbələ şəhərində Hamlet Yolçuyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 71 yaşlı Samaya Hüseynovanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı Qəbələ rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.