Qəbələdə AĞIR QƏZA: sürücülər öldü
15 iyul 2023 10:20 (UTC +04:00)

Qəbələdə AĞIR QƏZA: sürücülər öldü

0

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində, Nohurqışlaq kəndində qeydə alınıb. Akif Qara oğlu Abdurəhmanovun idarə etdiyi "VAZ-21013" markalı avtomobillə Nəsrullayev Anar Vüqar oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində həlak olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3188

Oxşar yazılar