Qazaxda qətl hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Qazaxbəyli kəndində qeydə alınıb.
Orta yaşlı kişi bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq xəstə dünyasını dəyişib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, saat 20 radələrində Qazax rayon Polis Şöbəsinə rayon sakini 28 yaşlı Kənan Cəfərovun kəsici alətdən aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub
İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakini Rəşad Məhərrəmov aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Kənan Cəfərovun qarın nahiyəsinə bir neçə zərbə vurmaqla qətlə yetirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R. Məhərrəmov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.