"QAZ-31" "KamAZ"la toqquşdu: yaralı xəstəxanada öldü
17 fevral 2022 18:56 (UTC +04:00)

"QAZ-31" "KamAZ"la toqquşdu: yaralı xəstəxanada öldü

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 18:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı yolunda, İsmayıllı şəhəri ərazisində "QAZ-3110" və "KamAZ" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində İsmayıllı rayon sakini, 1958-ci il təvəllüdlü Coşquyev Eynulla Xeyrulla oğlu ağır bədən xəsarətləri alıb. Xəsarət alan şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılsa da, orada dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2107

Oxşar yazılar