Qayınatasıgildə dava edən kürəkən yanıq xəsarəti ilə Bakıya gətirildi
15 oktyabr 2023 21:18 (UTC +04:00)

Qayınatasıgildə dava edən kürəkən yanıq xəsarəti ilə Bakıya gətirildi

0

Qusar rayonunun Hil kəndində qaynatasının evinə gələn kürəkən yanıq  xəsarətləri alıb. 

Lent.az APA-ya istinadla xəbər verir ki, İmamqulukənd kənd sakini 41 yaşlı Güləli Yaralıyev ağır yanıq xəsarətləri ilə Qusar Mərkəzi rayon Xəstəxanasına gətirilib. Ona II dərəcəli termik yanıq diaqnozu qoyulub. 
Vəziyyəti ağır olduğundan pasient paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. Onun ailə münaqişəsi zamanı yanıq xəsarətləri aldığı bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4006

Oxşar yazılar