Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanılıb -YENİLƏNİB
24 sentyabr 2023 12:27 (UTC +04:00)

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanılıb -YENİLƏNİB

Sentyabrın 23-də Suraxanı rayonunun Ramana qəsəbəsində Malik Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qohumu Mahmud Qənbərov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır.

 

***

 

00:31

 

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

37 yaşlı Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.


 

# 3300
avatar

Oxşar yazılar