Kiyev məhkəməsi qayınananın polisə şikayətindən sonra onun kürəkənini Rusiyaya və Vladimir Putinin hərəkətlərinə dəstək verdiyinə görə həbs cəzasına məhkum edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, təqsirkar günahını etiraf edib.
İstintaq materiallarına görə, 2022-ci ilin mayında həmin şəxs Kiyev yaxınlığındakı qayınanasının baş evində olub. Demək olar ki, bütün ailənin, o cümlədən uşaqların yanında o, Ukraynaya nifrət etdiyini və onun mövqeyi ilə razılaşmayan hər kəsin “öldürülməli” olduğuna inandığını söyləyib. Eyni zamanda, kürəkən əlavə edib ki, “Ukrofaşistlər özünü aldatmaqla məşğuldur” və onun ölkəsi “mövcud deyil”.
O, həmçinin Putini və Rusiya ordusunu dəstəkləyib.