Qayda pozdu  qəza törətdi:   Avtomobil  tikiliyə   çırpıldı
29 mart 2022 03:19 (UTC +04:00)

Qayda pozdu qəza törətdi: Avtomobil tikiliyə çırpıldı

0

Bakının Səbail rayonunda yol qəzası baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, qəza Murtuza Muxtarov və Vidadi küçələrinin kəsişməsində qeydə alınıb.
“Nissan” markalı avtomobili idarə edən şəxs “Stop” nişanına məhəl qoymaraq yol ayrıcına daxil olub.
Bu zaman əsas yolda hərəkətdə olan “Mercedes” markalı avtomobil “Nissan”-la toqquşub.
Zərbənin gücündən avtomobillər yol kənarındakı tikiliyə çırpılıb.
İaşə obyektinin qarşısında olan tikili dağılıb.
“Nissan” markalı nəqliyyat vasitəsində olan bir nəfər xəsarət alıb.
Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1828

Oxşar yazılar