Koronavirus xəstəsi
10 dekabr 2020 18:01 (UTC +04:00)

Koronavirus xəstəsi

Qayda pozan 21 koronavirus xəstəsinə cinayət işi açıldı

Koronavirusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dekabrın 9-da polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublikamızda əhalinin intensiv hərəkət etdiyi, ictimai yerlərdə 25 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Görülən tədbirlərlə həmin şəxslər evə qaytarılıblar. 

Onlardan 21 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin,  sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.   
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Mehman Nəbiyev

Oxşar yazılar