Qaxda "NİVA" aşdı, ölən var
01 noyabr 2023 09:38 (UTC +04:00)

Qaxda "NİVA" aşdı, ölən var

0

Qaxda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, hadisə noyabrın 1-i saat 5 radələrində Qax şəhəri ərazisində baş verib. Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

Nəticədə “Niva” markalı avtomobildəki sərnişin, 48 yaşlı Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6710

Oxşar yazılar