Qaxda evdə yanğın olub.
Lent.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Ləkit kəndində qeydə alınıb. Kənd sakini Cəlil Əsgərova məxsus birmərtəbəli fərdi yaşayış evinin 6 kv tavan hissəsi və evə bitişik çardaq yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərindəki qısaqapanma olub.
Yanğın söndürülüb.