Qaxda avtomobillərdən oğurluq edənlər tutuldu - FOTO
06 oktyabr 2023 15:05 (UTC +04:00)

Qaxda avtomobillərdən oğurluq edənlər tutuldu - FOTO

Qaxda avtomobillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, sentyabr ayı ərzində Qax şəhərində ayrı-ayrı şəxslərə məxsus avtomobillərdən silsilə oğurluqlar edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayonun Qaxbaş kənd sakini – Aqşin Səfərli və onunla əlbir olan yetkinlik yaşına çatmayan şəxs tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların gecə saatlarında avtomobillərə daxil olaraq əsasən maqnitofon və səsgücləndiriciləri  oğurladıqları məlum olub.  Qeyd edək ki, saxlanılan şəxslər oğurluğa A.Səfərliyə məxsus “VAZ-21015” markalı nəqliyyat vasitəsi ilə gediblər. Saxlanılan zaman həmin avtomobilin yük yerindən oğurluq yolla əldə etdikləri əşyaların bir qismi maddi sübut kimi aşkar olunaraq götürülüb. Hər iki şəxs ifadəsində törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar