Moskvada qatar yeniyetmə qızı vurub.
Lent.az yerli KİV -ə istinadla bildirir ki, hadisə Moskva Dəmiryolunun Belarus istiqamətində Moskva yaxınlığındakı Dorohovo platformasında baş verib. 16 yaşlı qız ekspress qatarın təkərləri altında ölüb.
Məlumata görə, qız qatardan düşüb və keçidə getməyib. Onun üçün əlverişli olan yerdə relslə qaçmağa üstünlük verib. O, yaxınlaşan qatarın fərqinə varmayıb və qızı Kalininqrad-Moskva sürətli qatarı vurub. Yeniyetmə aldığı xəsarətlərdən yerindəcə keçinib.