Qardaşlar "patı" ilə saxlanıldı
25 dekabr 2021 11:54 (UTC +04:00)

Qardaşlar "patı" ilə saxlanıldı

Bakı sakinlərindən psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları daxil olmuş məlumat əsasında birgə əməliyyat tədbiri keçiriblər. Nəticədə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rauf və Raul Əhmədov qardaşları saxlanılıblar.

Şəxsi axtarış zamanı onlardan metamfetamin (patı) aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1242
avatar

Mehman Nəbiyev

Oxşar yazılar