Qanunsuz ovçuluğa görə məsuliyyətə cəlb olunanların sayı AÇIQLANDI
29 yanvar 2021 14:19 (UTC +04:00)

Qanunsuz ovçuluğa görə məsuliyyətə cəlb olunanların sayı AÇIQLANDI

2020-ci ildə qanunsuz ağac kəsməyə görə 74, balıq və başqa su heyvanlarını tutmağa görə 102, qanunsuz ovla bağlı 4 fakt üzrə cinayət işi başlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 1000 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələr 64 min 75 manat təşkil edib. 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirlərini davam etdirir.  

Ötən il bu istiqamətdə keçirilən birgə tədbirlərlə Bakı şəhəri və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozan 24 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq olunan cərimələr 71 min 200 manat təşkil edib.

Ümumilikdə 2020-ci il ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 1411 nəfər  inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə tətbiq olunan cərimələr 139 min 40 manat təşkil edib.  

Bu istiqamətdə tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1314
avatar

Mehman Nəbiyev

Oxşar yazılar