Ucarda kompüter oyunları zalı aşkar olunub.
DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Lent.az-a verilən məlumata görə, Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən kompüter oyunları zalı aşkar edilib.
Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə obyektin sahibi də daxil olmaqla, ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.