karantində işləyən kafe
18 yanvar 2021 14:36 (UTC +04:00)

karantində işləyən kafe

Qanunsuz işləyən kafelərdə 28 nəfər cərimələndi

Ağdaşda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbir zamanı şəhər ərazisində yerləşən kafenin işlədiyi məlum olub. Obyektə baxış zamanı kafeni işlədən Mahmud Əhmədovun və 14 nəfər müştərinin karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyən edilib. Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Mehman Nəbiyev

Oxşar yazılar